
“Heyif Roberto Bacconun oynadığı “Breşiya”dan” – “Kəpəz”in son oyunlarında ən çox eşidilən iraddır.
Bu narazılığın yaranmasına səbəb olan şəxs Gəncə təmsilçisinin “Breşiya” olan yeni transferi Trent Buhagiardır.
Avstraliyada doğulan, hazırda Malta millisinin uğurları üçün tərk tökən cinah yarımmüdafiəçisi görünüşcə əsl futbolçuya oxşasa da, oyunu və qol imkanlarını sağa-sola xərcləməsinə görə adamlarda şübhə yaradır.
İkili mübarizələri uduzur, adi top qəbulunda çətinlik çəkir, hücumlar zamanı kölgədə qalır.
Buhagiar Sportinfo.az-ın “Breşiya”dan gələn Malta yığmasının üzvü "nə vaxt ümidləri doğruldacaqsan” sualına bu cür cavab verib:
“Özüm də bilirəm ki, ideal formamdan uzağam. Daha yaxşı oynayıb, meydanda daha yaxşı işlər görəcəyimə inanıram.
Ən qısa zamanda azarkeşlərə və mənə ümid bəsləyən insanlara nəyə qadir olduğumu göstərəcəyəm. Buna əminəm”.
2023/24 mövsümünü Avstraliyada “Nyukasl Cets”in heyətində keçirərək 23 oyunda 5 qolla yadda qalan 26 yaşlı futbolçu cari mövsümün ilk yarısında “Breşiya”nın sıralarında olub.
İyuldan yanvara qədər 2 oyunda 15 dəqiqə şans qazanıb.
Malta millisinin heyətində oktyabr-noyabr aylarında 3 görüşdə 182 dəqiqə mübarizə aparıb.
HƏBİB