Azərbaycana yeni gələn: “Məndən nə tələb olunduğunu bilirəm”

21 Fevral 23:40 Kəpəz 281
Azərbaycana yeni gələn: “Məndən nə tələb olunduğunu bilirəm”

“Çətin olduğunu deməzdim, futbolun dili birdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasına “Kəpəz”in maltalı yeni transferi Trent Buhagiar deyib.

Malta yığmasının da formasını geyinən hücumçu “Avstraliya və İtaliya liqalarından sonra Azərbaycanda oynamaq həqiqətənmi çətindirmi” sualına cavabında aşağıdakıları söyləyib:

“Sadəcə, mühit, ortam, taktiki-texniki məsələlərdə müəyyən fərqlər var. Lakin hər şey insanın öz əlindədir.

Önəmli odur ki, mənə ümidlər böyükdür. Məndən nə tələb olunduğunu bilirəm.

Bu gün üçün ən vacib olan uyğunlaşma dövrünü tam keçmək və mühitə tam alışmaqdır. Bunları bacarandan sonra çətinlik olmayacaq”.

Gəncə təmsilçisi onunla 6 ay + 1 il müddətində müqavilə imzalanıb.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib.

26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub. Trent Buhagiar bu mövsüm 2 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"