Azərbaycanda rəqibin “əlinə oynayan” hücumçu var, tanıyırsız onu?

19 Fevral 10:40 Kəpəz 1 802
Azərbaycanda rəqibin “əlinə oynayan” hücumçu var, tanıyırsız onu?

«Kəpəz» ötən ilin sentyabrından bəri çempionatın ən çox qol vəziyyəti yaradan və bundan ən az istifadə komandaların sırasında gəlir.

Sıralamanı bunun üzərindən aparsaq, Azər Bağırovun yaşadığı tədirgin halı anlamış olarıq.

Bu, onun üçün xoş bir şey deyil.

«Kəpəz» yarımpeşəkar və yarımhəvəskar futbolçulardan ibarətdir. Burada məsuliyyət hissini itirmiş, bugünlə yaşayan futbolçular çoxdur.

Dünyanın düz vaxtı olsaydı, Bağırov qeyd-şərtsiz, gözünü belə qırpmadan onların xidmətindən imtina edərdi.

İndi belə bir lyuksu yoxdur, Luis Paçu və Ehtiram Şahverdiyev kimi əcnəbilərin, yerlilərin ümidinə qalmağa, onlarla yola davam etməyə məcburdur.

«Şamaxı» liqada qalmaq mübarizəsində «Kəpəz»in iki əsas rəqibindən biridir. 6 xallıq sayılan bir oyunda «Kəpəz» bütün futbolçuları ilə meydanda can qoymadı.

Heyətin yarısı vuruşdu, yarısı da seyrçi qaldı. Mahamadu Ba və Trent Buhagiarı ikinci siyahıda qeyd etməliyik.

Tacikistanlı hücumçu Şevroni Mabatşoev da hara gəlib düşdüyünün hələ fərqinə varmayıb.

Ötən mövsüm «Turan Tovuz»da qollarıyla diqqət mərkəzinə düşən Paçu «Kəpəz»də, sadəcə, gün keçirir.

O, adətən, rəqibdən «oynayır» indi. «Şamaxı» ilə matçda da qonaqların ən yaxşı mərkəz müdafiəçisi kimi braziliyalının adını çəkməliyik.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”