
Premyer Liqanın XXIII turunda "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı 49-cu dəqiqədə qonaq komandanın heyətində penalti zərbəsindən Brahim Konate açıb.
5 dəqiqə sonra qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirən qol vurulub. Rüfət Abbasovun avtoqolu gəncəlilərə 1 xal qazandırıb.
"Kəpəz" 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan “Şamaxı”nın 21 xalı var.
“Kəpəz” – “Şamaxı” 1:1
Qollar: Vladislav Veremeyev, 55 (ö.q.) // Brahim Konate, 49 (p.)
Tovuz şəhər stadionu, 400 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Asiman Əzizli
Dördüncü hakim: Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqə: Brahim Konate, 35 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (8. Elmir Tağıyev, 62) 7. Ehtiram Şahverdiyev (21. Camal Cəfərov, 46) 12. Turan Manafov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu (10. Karim Lkoça, 83) 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili (19. Sadiq Şəfiyev, 73) 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev (11. Trent Buhagiar, 46)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 6. Nemət Musayev 17. Ümid Səmədov 57. Amur Yusifov
Baş məşqçi: Azər Bağırov
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 6. Rauf Rüstəmli (14. Vüsal Məsimov, 90+2) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov (30. Andrey Tirkoveanu, 73) 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 3. Vladislav Veremeyev 5. Arsen Ağcabəyov 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 23. Murad Vəliyev 18. Cəlal Hüseynov 19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov