Bəyəndi və sözünü dedi: "Bunu bacarsaq, turnir cədvəlində irəliləyə bilərik"

17 Fevral 16:00 Kəpəz 843
Bəyəndi və sözünü dedi: "Bunu bacarsaq, turnir cədvəlində irəliləyə bilərik"

Premyer Liqanın səs-küylü qarşılaşması Bakıda baş tutacaq.

Azərbaycan derbisində “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcəksə, autsayderlərin prinsipial dueli bölgədə gerçəkləşəcək.

Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” bu yolda əsas rəqiblərindən olan “Şamaxı”nı qəbul edəcək.

Gəncə təmsilçisinin orta sahə futbolçusu Ehtiram Şahverdiyev gərgin oyundan öncə Sportinfo.az-a açıqlama verib:

“Şamaxı” həqiqətən güclü və istəkli rəqibdir. Futbolçuları sona qədər mübarizə aparırlar, fiziki cəhətdən hazırlıqlı görünürlər. Və ən əsası, çempionatda qalmaq uğrunda əsas rəqiblərimizdən hesab olunur.

Onsuz da, hər matçdan qələbə ilə ayrılmağa köklənirik. Budəfəki hədəfimiz də 3 xaldır.

Bunu bacarsaq, turnir cədvəlində irəliləyə bilərik. Tovuzda oynamaq bizə rahatdır.

Fikir vermisinizsə, xalların çoxunu burada qazanmışıq. Yəqin ki, azarkeş amili və süni örtüyə öyrəşməyimiz bizə kömək edir.

Fürsətdən istifadə edib azarkeşlərimizə təşəkkür edir, onları bu oyuna səsləyirəm”.

Bu gün Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”