
Bu gün turun vacib görüşlərindən biri bölgədə baş tutacaq.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” Tovuzda “Şamaxı”nı qəbul edəcək.
Cari mövsümdə komandalar arasında keçirilən iki oyunun birində Şamaxı, digərində Kəpəz qələbə qazanıb.
Nominal meydan sahibləri qalib gələcəyi halda turnir cədvəlində “Şamaxı”nı geridə qoyacaq. Qonaqların üzü güləcəyi halda, “şirlər” böyük üstünlük qazanacaq.
Sportinfo.az-a açıqlama verən “Kəpəz”in müdafiəçisi Dioqo Verdaska matçla bağlı danışıb:
“Hər iki komanda üçün çətin oyun olacaq. Hər zaman dediyim kimi, rəqibin kimliyindən asılı olmayaraq hədəfimiz dəyişməz qalır – 3xal.
Bizə doğma olan meydanda olacağıq və şübhə etmirəm ki, azarkeşlərimiz bizə lazım olan dəstəyi verəcəklər. Yekunda sevinən tərəf olacağımıza inanıram. Qələbəyə ehtiyacımız var”.
Fevralın 17-də Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq.
HƏBİB