Tanınmış klubun rəhbərliyində kimlər yer alacaq? - SON DƏQİQƏ

17 Fevral 19:20 Kəpəz 1 495
Tanınmış klubun rəhbərliyində kimlər yer alacaq? - SON DƏQİQƏ

«Kəpəz»də idarəetmə aparatının dəyişəcəyi artıq dəqiqləşib.

İki il əvvəl yaradılan İdarə Heyəti yaxın günlərdə fəaliyyətini dayandıracaq.

Onun əvəzində Müşahidə Şurası (MŞ) formalaşdırılacaq. Burada kənar şəxslər yer almayacaq.

MŞ-nın «onurğa sütunu»nu gəncəlilər təşkil edəcək. Sədr postunu keçmiş dövlət məmurlarından biri tutacaq.

İdarə Heyətinin hazırkı sədri İlqar Nadiri şurada da təmsil olunacaq.

Həmçinin Adil bəy adlı iş adamını və ”Aqrosport”un direktoru Fərman Əlizadəni də MŞ-nın üzvləri arasında görəcəyik.

Tanınmış menecer Erkin İbrahimovun da sədrə müşavir təyin edilməsi gündəmdədir.

«Kəpəz» rəhbərliyi bu məsqsədlə yaxın günlərdə bir araya gələcək. Redaksiyamıza daxil olan məlumata görə, iclasın qarşıdakı 10-12 gün ərzində keçirilməsi planlaşdırılır.

Toplantıda bir sıra mühüm məsələlər müzakirə ediləcək. Bu da «sarı-göylər»i himayəsinə götürən şirkətin istəyidir.

İki aya yaxındır Gəncə təmsilçisinə sponsorluq edən iş adamları islahatlara ehtiyac duyur.

SRORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”