"Uduzsaydıq, vurduğum qolun ən yaxşı seçilməsinin bir mənası olmayacaqdı"

17 Fevral 02:20 Kəpəz 265
"Uduzsaydıq, vurduğum qolun ən yaxşı seçilməsinin bir mənası olmayacaqdı"

"Ayın qolu" layihəsində qalib olan "Kəpəz"in futbolçusu Turan Manafov klubun mətbuat xidmətinə danışıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ən yaxşı seçilməsi ilə bağlı bunları deyib:

"Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım.

Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu.

Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Uduzsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı.

Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".

Manafovun qol vurduğu görüşdə "Kəpəz" "Turan Tovuz"u 5:2 məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”