![“Çox çətinliklər yaşadım, düzgün müalicə almadım”](https://www.sportinfo.az/media/2025/02/12/1732089568_kepez.jpg)
“Dörd ay zədə səbəbindən futboldan uzaq qaldım.
Bu müddət ərzində çox çətinliklər yaşadım”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Elmir Tağıyev deyib.
Ağır zədədən sonra yaşıl meydanlara dönən yarımmüdafiəçi bunları söyləyib:
“Əməliyyat olundum, ağrılarım oldu, üstəlik, düzgün müalicə almamışdım. Amma nəhayət, ilk oyunum geridə qaldı.
Ona görə də yavaş-yavaş toparlanacam. İnşallah, hər şey daha da yaxşı olar”.