!["Çempionatda qalmaq tapşırığının öhdəsindən gəlməliyik"](https://www.sportinfo.az/media/2025/02/07/475965959_1231905681815492_9123133191088287726_n.jpg)
«İlk növbədə çempionatda qalmaq tapşırığının öhdəsindən gəlməliyik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in vingeri Camal Cəfərov deyib.
Gəncə təmsilçisi Premyer Liqanın 21 turu ərzində 17 xal toplayıb.
«Sabah» üzərində qazanılan 3:2 hesablı qələbəylə turnir cədvəlində 8-ci pilləyə yüksələn «sarı-göylər» bir qədər ümidlənib:
«Məqsədimiz Premyer Liqadakı yerimizi qorumaq olaraq qalır. Ortababların arasında da özümüzə yer etmək istəyirik.
Digər məsələ oyun planında irəliləyişə nail olub, turnir cədvəlində irəliləməkdir. Rəhbərlik bizə normal şərait yaradıb.
Azər Bağırov burada mehriban kollektiv yaradıb. İndi hamımız bir hədəf ətrafında birləşmişik».