"Kəpəz"dən ayrılan Redon Mixananın yeni klubu məlum olub.
Sportinfo.az xəbər verir ki, albaniyalı vinger karyerasını Maltada davam etdirəcək.
Mixana "Hamrun Spartans"a keçib. 25 yaşlı futbolçu Malta təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Redon Mixana mövsümün ilk yarısında "Kəpəz"də çıxış edib. Albaniya U-21 millisinin sabiq üzvü Gəncə təmsilçisinin heyətində 4 rəsmi matçda iştirak edib.