COP29

"Kəpəz" Gəncə stadionuna nə vaxt qayıdacaq? - AÇIQLAMA

19:00 Kəpəz 382
"Kəpəz" Gəncə stadionuna nə vaxt qayıdacaq? - AÇIQLAMA

Gəncə şəhər stadionunda yenidənqurma işləri davam edir.

Bu səbəbdən "Kəpəz" ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.

Mövsümün sonuna qədər belə olacağı dəqiqdir.

Bəs yeni mövsüm Qərb təmsilçisi doğma şəhərə qayıda biləcəkmi?

Sorğumuza cavab olaraq "Kəpəz"in idarə heyətinin sədri İlqar Nadiri bunları deyib:

"Stadionda çox sürətli iş gedir. Yeni mövsüm orada oynamağımızla bağlı nəsə deyə bilmərik. Çünki Gəncədə MDB oyunları da keçiriləcək.

Gənclər və İdman Nazirliyinin balansında olan idman qurğusudur və onlar nəzarət edir. Sadəcə bazamız ora yaxın olduğu üçün işlərin hansı sürətlə aparıldığını görürük.

Çox gözəl bir stadion tikilir. İnşallah, tezliklə ora qayıdar və qələbələrimizlə azarkeşləri sevindirərik".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti