COP29

Kəpəz” üçün pulundan keçənlərə xoş xəbər: “Bu yöndə iş gedir”

4 Fevral 21:20 Kəpəz 524
Kəpəz” üçün pulundan keçənlərə xoş xəbər: “Bu yöndə iş gedir”

Futbolun İnkişaf Fondu 2022-ci ilin payızında iki klubla bağlı “100k” layihəsinə start vermişdi.

Məqsəd veb platformalarda yerləşdirilən 7140 pikseli satmaq və toplanacaq vəsaitlə “Kəpəz” və “Turan Tovuz” üçün nəqliyyat vasitəsi almaq idi.

İş elə gətirdi ki, “Turan”a baş sponsor gəldi və 2023-cü ilin yazında avtobus problemi həllini tapdı. Çox keçmədən ianəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer aldı.

Lakin “Kəpəz”lə bağlı müəmma 1 ildir davam edir. Ötən ilin martında klubun pulu (105,372 manat) və “100k” layihəsindən toplanan 63,676 manat hesabına avtobus alınıb.

Lakin piksellərin alınması üçün cibinin pulundan keçən ianəçilərin şəkilləri hələ də avtobusun üzərində yerləşdirilməyib. Həmin şəxslər hər dəfə avtobusu görəndə, fotolarını görəcəklərinə ümid etsələr də, əksi yaşanır.

Layihənin icraçısı Futbolun İnkişaf Fondudursa, deməli, avtobusun üzərində xoş mənzərəni yaratmalı olan qurum budur. Yubanmaya nə səbəb olur? İanəçilər fotolarını hansı tarixdə avtobusun üzərində görəcəklər?

Müəmmaya aydınlıq gətirmək üçün əlaqə saxladığımız FİF-in sözçüsü Mehriban Mürsəlovanın reaksiyası belə oldu:

“İşin icrası klubdan asılı olmayan səbəblərdən yubanır. Əməkdaşlıq olunan şirkətin ölkəmiqyaslı iri layihələrdə iştirak edirdi,

üstəlik, avtobusu gah Bakıda, gah da bölgədə olurdu deyə, vaxtı müəyyənləşdirməklə bağlı çətinlik yaranırdı.

Hazırda bu yöndə iş gedir. Ən qısa zamanda piksellər avtobusun üzərinə yerləşdiriləcək”.

“Turan Tovuz”la bağlı da eyni vəziyyət idi. İanə toplanana qədər aktiv görünən FİF pikselləri avtobusun üzərinə həkk etdirmək üçün vaxt tapa bilmirdi.

İndi də eyni durum “Kəpəz”lə bağlıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 17:30 Çək və bizə göndər!
4 Fevral 00:00 "Mən xoşbəxt deyiləm"