«Kəpəz»in yeni spaonsorları futbolçuları mənfi mənada təəccübləndirib.
Premyer Liqanın 21-ci turunda «Sabah»a 3:2 hesabıyla qalib gələn «sarı-göylər»ə gözlədikləri məbləğdən xeyli az mükafat ayrılıb.
Tovuzda keçirilən qarşılaşmanın gedişində iki dəfə hesabda geri düşən, bununla belə, geridönüş etməyi bacaran və sonda istəyinə çatan komanda üzvlərinin hər birinə 1500 manat veriləcək.
Bu isə öncədən onlara deyilən rəqəmdən 1000 manat aşağıdır.
Gəncə təmsilçisi 2025-ci ilin ilk matçında «Turan Tovuz»u qərb derbisində darmadağın edib. 5:2 hesablı qalibiyyət münasibətilə oyunçulara 2000 manat ödənilib.
«Səbail» ilə qarşılaşmada isə işlər yolunda getmədi, Bayılda 0:1 hesabıyla yenilidər. Halbuki bu oyunda qazanılacaq 3 xala görə kollektivə 2500 manat vəd olunmuşdu.
SPORTİNFO.AZ