COP29

Onun üçün xüsusi gün: “Canımı qoyuram, daha çox oynamaq istəyirəm"

16:30 Kəpəz 168
Onun üçün xüsusi gün: “Canımı qoyuram, daha çox oynamaq istəyirəm"

“Sabah”la oyunda “Kəpəz”in ən yaxşılarından biri Camal Cəfərov idi.

Müqavilə ilə məxsus olduğu kluba qarşı mübarizə aparan bəstəboy cinah yarımmüdafiəsi texnikası və sürıəti hesabına rəqib futbolçular üçün başağrısına çevrilmişdi.

Qarşılaşma başa çatandan sonra Sportinfo.az-a danışan 22 yaşlı Cəfərov matçla bağlı sualları cavablandırıb.

- Güclü rəqibi hansı komponentlərdə üstələməklə istəyinizə çatdınız?

- Fikrimcə, biz qələbəni daha çox istəyirdik. İlk yarıda səhvlərə yol verdik, bəzi tapşırıqları düzgün yerinə yetirmədik. Fasilədən sonra oyunu nəzarətə almaqla qol imkanları yaratdıq və çox vacib 2 qol vurduq. Məhsuldarlıq baxımından yaxşı iş gördüyümüzü düşünürəm.

- Bir həftə öncə prinsipial qarşılaşmada “Səbail”ə uduzan komanda olaraq ab-havanı qaydasına salmaq üçün nə etmişdiniz?

- Məğlubiyyəti faciəyə çevirməmək önəmli idi. Bacardığımız qədər normal yanaşmağa çalışdıq. Oyunu təhlil edəndə, hansı səhvlərə yol verdiyimizi görmüşdük. Məşqçilər heyəti məhz həmin səhvlər üzərində tapşırıqlarını vermişdi. Çalışdıq bu gün xətalar etməyək. Bir də ki, “Səbail”lə matçda da oyun planında uduzmamışdıq. Sadəcə, lazım olan qolu vura bilmədik. Hansısa məqamda bəxt də tərəfimizdə olmadı.

- Müqavilə ilə “Sabah”a məxsussan. Bu gün özünü yeni baş məşqçi Vasili Berezutskiyə göstərmək üçün əlavə motivasiya var idi?

- Bu oyunda qələbəni istəməyin özü motivasiya idi. Hansısa əlavə istəkdən, yaxud özümü göstərməkdən söhbət gedə bilməz. Şans qazandığım bütün görüşlərdə meydanda canımı qoyuram. Rəqibin adı fərq etmir, “Sabah”dır, yoxsa başqası. Cari mövsümdə ilk dəfə 90 dəqiqə meydanda oldum. Məhz bu fakt məni daha istəkli edirdi. Çünki daha çox oynamaq istəyirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti