COP29

Ora heç kim getmək istəmir - “Cənnət”də möhtəşəm... OLAY!

16:40 Kəpəz 336
Ora heç kim getmək istəmir - “Cənnət”də möhtəşəm... OLAY!

“Kəpəz” Tovuzda oynayanda elə bil cənnətə düşür.

Əmin ola bilərsiniz ki, Premyer Liqa komandaların heç biri ölkənin qərbində meydana çıxmağı arzulamır.

Öz stadionundan qaçaq düşən gəncəlilər qonşu şəhərdə də özlərini evdəki kimi hiss edirlər deyə, rəqiblərin “beli bükülür”.

“Sarı-göylər”in Azər Bağırovla başlayan uğurlu çıxışı “Neftçi”ylə Tovuzdakı qarşılaşmaya təsadüf edir.

İlk dövrənin sonuncu – 9-cu turunda “Kəpəz”in əzəli rəqibi üzərində qazandığı 4:3 hesablı qalibiyyət onların cari mövsümdə ilk qələbəsi kimi tarixə düşmüşdü. Nə oldusa, ondan sonra oldu.

Nizami yurdunun təmsilçisi Bağırovun rəhbərliyi altında Tovuzda 9 dəfə meydan sahibi rolunda olub.

Bu matçlardan 4-də qələbə qazanılıb.

Kəpəz – Neftçi 4:3

Kəpəz – Səbail 1:0

Kəpəz – Turan Tovuz 5:2

Kəpəz – Sabah 3:2

“Sumqayıt”la Tovuzdakı dueldə isə qapılara qol vurulmayıb.

Göründüyü kimi, “sarı-göylər” “Neftçi”, “Turan”, “Sabah” kimi iddialı və imkanlı rəqiblərini meydanı başıaşağı tərk etməyə məcbur edə bilib.

Başqa cür desək, “Kəpəz” bu mövsümdə aktivinə yazdırdığı 17 xaldan 13-nə məhz bölgədə nail olub.

Gəncəlilər burada həqiqətən tam başqa cür görünür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”