
"Kəpəz" Viktor Braqa ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi qarşılıqlı razılıq əsasında braziliyalı vingerlə müqaviləyə xitam verib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.
Viktor Braqa "Kəpəz"ə 2024-cü ilin yayında transfer olunub. Onunla 1+1 illik müqavilə imzalanmışdı.
Daha öncə Gəncə klubu Orxan Əliyev, Mahir Həsənov (icarə, "Difai"), Lassana Ndiaye, Redon Mihana da yollarını ayırıb.