"Kəpəz" daha bir legionerlə yolları ayırıb.
Bölgə klubu uzun müddətdir danışıqlar apardığı Victor Braga ilə dil tapa bilib.
Braziliyalı vingerlər müqaviləyə vaxtından əvvəl xitam verilib.
23 yaşlı futbolçu ötən ilin yayında Qərb təmsilçisinə transfer olunmuşdu.
O, arxada qalan müddətdə meydana çıxdığı 18 matçda 2 qolla yadda qalıb.
Gəncə klubunun qış fasiləsində albaniyalı yarımmüdafiəçi Redon Mihana və malili hücumçu Lassana Ndiaye ilə yollarını ayırmasını da bildirək.
SPORTİNFO.AZ