COP29

Premyer Liqa klubunda vəzifə bölgüsü - Sponsor kimləri buradan uzaqlaşdırır?

27 Yanvar 14:40 Kəpəz 1 229
Premyer Liqa klubunda vəzifə bölgüsü - Sponsor kimləri buradan uzaqlaşdırır?

«Kəpəz» fərqli idarəetmə modelinə keçid etməyə başlayır.

Bu haqda Gəncə təmsilçisindən saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, klubda struktur dəyişikliyinin planı hazırlanıb və təsdiqlənib. Buna əsasən, yeni vəzifə bölgüsü aparılacaq.

Proses sponsorun istəyi ilə həyata keçirilir. Kimdir o sponsor?

SOCAR-a bağlı şirkət «sarı-göylər»i himayəsinə götürüb. 2025-ci ilin əvvəlindən tərəfdaşlıq başlayıb.

Neft qurumu ilə əlaqəli müəssisə artıq «Kəpəz»ə 500 min manat büdcə ayrıb. Bu vəsait klubun may ayınadək olan xərclərini qarşılamaq üçün nəzərdə tutulub.

Böyük planlar gələn mövsümə aiddir. Təbii ki, əgər komanda Premyer Liqada yerini qorusa.

Bu, baş verməsə, sponsorluq layihəsinin icrası minimum 1 il müddətinə ertələnəcək.

Himayədar şirkətin adı və işin başında dayanan əsas şəxsin kimliyi bizə məlumdur. Yaxın vaxtlarda onlar haqda məlumat verəcəyik.

Bilirik ki, klubun yeni sponsor təşkilat haqda hələ də açıqlama yaymaması səbəbsiz deyil. Liqanı tərk etmək təhlükəsindən narahatlıq keçirirlər.

Plana əsasən, bəzi şəxslər idarəçilikdən uzaqlaşdırılacaq. Gəncəli fanatlar narahat olmasın, həmin siyahıda İlqar Nadiri yer almayacaq.

Altı ildən artıqdır «Kəpəz» üçün cibinin pulunu xərcləyən və onu liqada saxlamağa müvəffəq olan iş adamı yenə əsas fiqurlardan biri kimi klubdakı fəaliyyətini davam etdirəcək. Hətta İdarə Heyətinin sədri postunda qalması da mümkündür.

Maliyyənin və komandanın idarə olunması, transfer əməliyyatlarına nəzarət sponsorun yaxın adamlarına həvalə ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 02:50 "Neftçi"də buna nail oldu