“Kəpəz” yayda heyətinə qatdığı legionerlərindən birini göndərib.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Lassana Ndiaye ilə yollarını ayırıb.
Qış fasiləsini əvəzedici heyətdə hazırlaşmış Ndiayenin müqaviləsinə xitam verilib.
Lassana komandaya mövsümün əvvəlində keçmişdi.
24 yaşlı malili hücumçu ÇSKA, "Eskilstuna", "Veles", "Tekstilşik", "Arda", "Radniçki" (Nis), "Botev"(Vratsa) klublarında oynamışdı.