COP29

Saymazyanalığın axırı

26 Yanvar 22:55 Kəpəz 411
Saymazyanalığın axırı

Keçən həftə Tovuzda şou göstərmişdi «Kəpəz».

Nominal ev sahibi olduğu qarşılaşmada «Turan Tovuz»un qapısından nə az, nə çox, düz 5 top keçirmişdilər.

O beş qola imza atmış «Kəpəz» dünən Bayılda Əlirza Müştəbəzadənin qapısına yol tapa bilmədi.

I Liqadan, «Difai»dən gəlmiş bu gəncin qapısını toxunulmaz saxlamasında özüylə yanaşı, «Kəpəz»in formasını geyinənlərin də «əməy»ini qeyd etməliyik.

Eyforiya onları «yıxdı». «Turan» üzərində darmadağından sonra «Səbail»i küçümsədilər.

«Əşşi, «Turan»ın qapısını karvansaraya döndərdiksə, bunlara da istədiyimiz qədər qol vuraraq» havasına girmiş kimi keçirdikləri hiss olundu bu 6-7 günü.

Sırf səhlənkar yanaşma. «Səbail»in sürətli başlanğıcına hazırlıqsız yaxalandılar. Hesabın erkən açılması da «Kəpəz»i yatdığı yerdən, xəyaldan ayırmadı.
Meydanın mərkəzini gec keçdilər, cinahlarda ləng tərpəndilər.

Onlar cərimə meydançasının önünə yaxınlaşanda isə artıq ayaq basmağa boş yer tapmırdılar.

Luis Paçu başağırısıdır. Brauziliyalı hücumçu «Turan Tovuz»dakı qədər faydalı deyil «Kəpəz»ə.

Üzü qapıya oynamır, ayağını topdan çəkir, ikili mübarizəyə az girir, özünü qoruyur.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı