"Kəpəz" Premyer Liqanın 20-ci turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Maraqlı oyun oldu, yaxşı mübarizə apardıq. Əslində, məğlub olası oyun deyildi.
Təəssüf ki, yaratdığımız qol fürsətlərindən yararlana bilmədik. Önünümə baxmalıyıq. Hələ qarşıda 16 oyun var, davam edəcəyik".