"Kəpəz"in forvardı Luis Paçu Premyer Liqanın 19-cu turunda "TuranTovuz"u məğlub etdikləri (5:2) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
Braziliya legioner öncə qarşılaşma barədə fikirlərini bizimlə bölüşüb.
- Çox yaxşı oyun keçdi. Qarşılaşmaya həm fiziki, həm də mental olaraq hazır idik. Bizim üçün önəmli 3 xal oldu. Bütün kollektiv əla görüş keçirdi.
- Görüşdən öncə belə hesabı eşitsəydin hansı reaksiyanı verərdin?
- Hər şeyə hazır idik. Məşqlərimiz yaxşı əhval-ruhiyyədə keçmişdi. Qələbəyə inanırdıq, amma belə hesabla olması bizi daha da məmnun edir.
- Mövsümdə ikinci dəfə penalı qaçırdın. Problem nədir?
- Hər hansı problem yoxdur. Sadəcə olmayanda olmur. Lakin üzgün deyiləm. Bu gün qalib gəldik və yoldaşlarıma kömək etdim. İrəli baxmağa davam edirik.
- Növbəti oyunlarda penal olsa, nöqtəyə yaxınlaşmağa qorxmursan?
- Özümə güvənirəm. Psixoloji problemlər yoxdur. Yenidən zərbəni vurmağa özümü hazır hiss edirəm.
XANOĞLAN İMANOV