«Kəpəz» 2025-ci ilə əla başladı.
Premyer Liqanın üçüncü dövrəsinə derbiylə start verən Gəncə təmsilçisi «Turan Tovuz»u «qol yağışı»nda «çimizdirdi.
«Sarı-göylər» 19-cu turun matçında hesabda iki dəfə geri düşsə də, ruhdan düşmədi, gedişatı büsbütün öz xeyrinə dəyişməyi bacardı.
5:2 hesablı tarixi qələbə «Kəpəz»in futbolçularını maddi cəhətdən də «məst edib».
Belə ki, klub rəhbərliyi 3 xal münasibətiylə onlara ikiqat mükafat verməyi öz üzərinə götürüb.
Turnir cədvəlində doqquzuncu pilləni «Səbail»dən geri alan kollektiv üzvləri hərəyə 2000 manat irəli düşüb.
SPORTİNFO.AZ