"Kəpəz" Mahir Həsənovu icarəyə verib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi mövsümün sonuna kimi I Liqa təmsilçisi "Difai"də oynayacaq.
Gənclər yığmasına da dəvət alan Mahir Həsənovun "Kəpəz"lə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, bu mövsüm "Kəpəz"də 4 oyuna çıxıb.
Mahir Gəncə təmsilçisinin "Difai"yə göndərdiyi ikinci oyunçusudur. "Sarı-göylər"in sezonun başında Arzu Atakişiyevi də "fədailər"in sərəncamına göndərməsini yada salaq.