COP29

"Kəpəz"də braziliyalı legionerlə bağlı yeni qərar verildi

11 Yanvar 21:00 Kəpəz 641
"Kəpəz"də braziliyalı legionerlə bağlı yeni qərar verildi

Lassana Ndiaye ilə yolların ayrılmasında razılığa gələn "Kəpəz" getməsi gözlənilən digər legionerlə bağlı qərarını dəyişib.

Söhbət Viktor Braqadan gedir.

Baş məşqçi Azər Bağırov braziliyalı legionerin qışdan sonra da kollektivə kömək etməsinə qərar verib.

Son anda fikir dəyişməsə, 23 yaşlı yarımmüdafiəçi ən azı yaya kimi karyerasını ölkəmizdə davam etdirəcək.

Braqanın saxlanma səbəbinin arxasında həm də bir məcburiyyət dayanır.

Belə ki, bu mövsüm 12 əcnəbi transfer həddinə çatan "Kəpəz"ə növbəti legioner transferi əlavə 50 min manat zərər deməkdir.

Bu, qeydiyyat üçün ödəniləcək rüsuma görədir.

Belədə ən azı Braqanın qalıb kömək etməsi daha məqsədə uyğun hesab edilib.

Yayda Qərb təmsilçisinə qoşulan cənubi amerikalı mövsümün birinci yarısında meydana çıxdığı 18 görüşdə 2 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 19:30 Çək və bizə göndər!