COP29

Premyer Liqa klubu yayda gətirdiyi yararsız legionerlərin fəsadını indi necə yaşayır?

13 Yanvar 23:40 Kəpəz 744
Premyer Liqa klubu yayda gətirdiyi yararsız legionerlərin fəsadını indi necə yaşayır?

"Kəpəz" qış fasiləsində ilk legioner transferini açıqlayıb.

Bu, gürcüstanlı Rati Ardazişvilidir.

Qərb təmsilçisinin fasilədə görüb-görəcəyi legioner elə 26 yaşlı yarımmüdafiəçi olacaq.

Düzdü, baş məşqçi Azər Bağırov daha bir neçə yeni əcnəbinin transferinə ehtiyac duyur.

Amma rəhbərlik onun istəklərini qarşılamaqda acizdir.

Səbəb isə legioner limitini dolmasıdır.

Belə ki, yeni transfer bu mövsüm heyətə cəlb edilən 12-ci əcnəbi olub.

Bilirik ki, 12-yə qədər olan legioner transferinə 10 min manat rüsum ödənilir.

Say 13 olacağı halda qiymət 50 min manatla ifadə olunur.

İndiki durumda "Kəpəz"in belə imkanı mümkünsüz kimi görünür.

Hə, digər klublardan ayrılan və ya bu istəkdə olan kimisə rüsum olmadan heyətə qatmaq olar. Amma bu güzəşt də 12-ci legioner daxil olmaqla nəzərə alınır. İstənilən halda 13-cü əcnəbi heyətə qatılırsa yuxarıda qeyd olunan böyük məbləğdə ödəniş edilməlidir.

Qısası, yayda düşərgəyə cəlb edilən yararsız legionerlərin acısını qışda Azər Bağırov çəkməkdədir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti