"Kəpəz" heyətinə yeni legioner cəlb edib.
Gürcüstanlı Rati Ardazişvili ilə müqavilə imzalanıb.
26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti "6 ay + 1 il" müddətinə nəzərdə tutulub.
R.Ardazişvilinin son klubu vətənində "Samtrediya" olub.
Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının, o cümlədən, U-21-in şərəfini qorumuş orta sahə oyunçusu indiyədək bir neçə ölkədə legioner həyatı yaşayıb.
O, Ukraynada "Rux"un, Qazaxıstanda "Kaspi" ilə "Jetısu"nun və Latviyada "Liepaya"nın uğurları üçün tər töküb.
"Kəpəz" qonşu ölkədən olan futbolçunu Azərbaycana gətirmək üçün heç də az xərc çəkməyib.
Bunu Raitiyə ödəniləcək aylıq əməkhaqqıdan da görə bilərsiz.
Gürcü Premyer Liqamızda çıxış etməyin müqabilində 5500 dollar məvacib alacaq.
SPORTİNFO.AZ