"Kəpəz" uzun müddətdir ayrılması üçün danışıq apardığı legionerdən istədiyi cavabı alıb..
Söhbət Lassana Ndiayedən gedir.
Azər Bağırovun narazı qaldığı forvard uzun çək-çevirdən sonra getməyə razılıq verib.
Onunla yayda bitəcək müqavilə erkən ləğv ediləcək.
Malidən olan hücumçu ötən yay "Kəpəz"ə pənah gətirib.
O, mövsümün birinci yarısında meydana çıxdığı 15 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN/SPORTİNFO.AZ