Uzun müddətdir ki, zədəli olan "Kəpəz"in yarımmüdafiəçisi Elmir Tağıyev məşqləri bərpa edib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Kəpəz"in mətbuat xidməti məlumat yayıb.
Noyabrda İstanbulda əməliyyat olunmuş futbolçu hələlik fərdi hazırlıq keçəcək.
O, ən yaxşı halda bu ayın sonunda kollektivlə məşqlərə qoşulacaq.