"Kəpəz" Orxan Əliyevin transferi ilə bağlı “Turan Tovuz” ilə razılıq əldə edib.
Sportinfo.az xəbər verir ki, hücumçu karyerasını bu klubda davam etdirəcək.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əliyev cari mövsümün əvvəlindən "Kəpəz"də oynayırdı. Orta xətt oyunçusu cari çempionatda 15 matçda 4 qol vurub. Azərbaycan Kubokunda 1 görüşdə meydanda olub.
29 yaşlı forvard 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.