Malta yığmasının hücumçusu Trent Buhaqyar karyerasını Azərbaycanda davam etdirə bilər.
Ona belə bir dəvət «Kəpəz»dən gəlib.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi «Turan Tovuz»a satdığı Orxan Əliyevi onunla əvəzləmək niyyətindədir.
«Sarı-göylər» 26 yaşlı forvarda 5 aylıq müqavilə təklif olunub.
Trent ikili vətəndaşlığa malikdir - Avstraliya və Malta. 2017-2020-ci illər aralığında Avstraliyanın U-23 yığmasının formasını geyinib.
2024-cü ildə isə Maltanın əsas millisində debüt edib. Ötən il ərzində 2 dəfə bu formanı geyinib.
«Yaşıl qitə»də dobulmuş hücumu yerli «CCM Akademi»nin yetirməsidir. 2016-cı ildə buranı tərk edib və
«Sentral Kost Mariners»in şərəfini qoruyub. İki il sonra «Sidyney»in yolunu tutub və düz 4 il onların uğurları üçün çalışıb.
2022-ci ildə «Nyukasl Jest»lə müqavilə bağlayıb və ötən ilin yayında İtaliyadan aldığı təklifi dəyərləndirib.
Lakin ilk legioner həyatının uğurlu alınmadığını söyləyə bilərik. B Seriyasında mübarizə aparan «Breşiya»da cəmi 1 oyuna çıxan forvard indi klubunu dəyişməyə can atır.
SPORTİNFO.AZ