Turan Manafov mövsümün sonuna qədər “Kəpəz”in şərəfini qoruyacaq.
26 yaşlı futbolçunun Gəncə təmsilçisindən ayrılmaq ehtimalı olsa da, klub rəhbərliyi buna imkan vermir.
Səbəb Turana görə 50 min manat transfer haqqının tələb olunmasıdır.
Premyer Liqanın iki klubu Manafova həm şərait, həm də maddi baxımdan sərfəli şərtlər irəli sürüb. Futbolçunun özü də iş yerini dəyişməkdə maraqlıdır.
Lakin 50 min manatlıq tələb müştəriləri geri çəkilməyə məcbur edib.
Vaxtilə “Sumqayıt”, “Səbail”, “Araz-Naxçıvan” kimi komandaların şərəfini qoruyan, Yunanıstan “Olimpiakos Volos”unda legioner həyatı yaşayan sol cinah müdafiəçi cari mövsümdə “Kəpəz”in heyətində 12 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ