"Kəpəz"in baş məşqçisi Azər Bağırov azarkeşlərlə görüşüb.
Tərəflər bir neçə gün əvvəl Gəncədə üz-üzə gəlib.
Təcrübəli baş məşqçi fanatlarla fikir mübadiləsi aparıb.
Real durum müzakirə edilib.
Səmimi müstəvidən keçən görüşdə "Kəpəz"in Bağırova kimi və ondan sonrakı nəticələri xatırlanıb.
Tərəfdarlar təcrübəli mütəxəssisdən razılıq ifadə ediblər. Hansısa narazılıqdan söhbət belə getməyib.
Əksinə komandanın oyunundakı və nəticələrindəki irəliləyişi qabardıblar.
Baş məşqçi isə mövsümün ikinci yarısında əl-ələ verərək daha yaxşı nəticə qazana biləcəklərini vəd verib.
Xatırladaq ki, Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la qolsuz bərabərliklə bitən matçdan sonra bir qrup azarkeş çalışdırıcının ünvanına istefa şuarı səsləndirmişdi.
XANOĞLAN/ SPORTİNFO.AZ