Gürcüstanın gənclər yığmasının sabiq oyunçusu Rati Ardazişvili karyerasını Azərbaycanda davam etdirəcək.
Onu ölkəmizə bağlayan klub «Kəpəz»dir.
Gəncə klubu yarımmüdafiəçi ilə anlaşıb.
26 yaşlı legioner son olaraq ölkəsində “Samtrediya”nın formasını geyinib.
Vaxtilə Gürcüstanın U-17, U-19 vg U-21 yığmalarına dəvət almış Rati futbolda ilk addımlarını Tbilisi «Lokomotiv»ində atıb.
2014-2019-cu illəri burada keçirəndən sonra «Çixura»nın yolunu tutub. 2020-ci ildə Ukraynadan dəvət alıb, «Rux»la anlaşıb.
Bir il sonra vətənə dönüb, bu dəfə «Telavi» ilə müqavilə bağlayıb. 2022-2023-cü illəri isə Qazaxıstanda keçirib - öncə «Kaspi»nin, ardınca «Jetisu»nun şərəfini qoruyub.
2024-cü ilin başında Latviyada peyda olub, «Lyepaya»nın düşərgəsində yer alıb. Burada cəmi 9 oyun keçirəndən sonra üçüncü dəfə ölkəsinə qayıdıb.
SPORTİNFO.AZ