COP29

Onun “Neftçi”də oynayan həmyerlisi ilə arası necədir?

29 Dekabr 2024 23:45 Kəpəz 821
Onun “Neftçi”də oynayan həmyerlisi ilə arası necədir?

«Mənim üçün qarşımdakının kim olması vacib deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in kapitanı Yeqor Xvalko deyib.

Premyer Liqanın 17-ci turu çərçivəsində keçirilən «Neftçi» - «Kəpəz» qarşılaşması (2:1) həm də ölkəmizdə çıxış edən iki belaruslu Yeqorların - Xvalko ilə Boqomolskinin rəqib qismində qarşılaşması idi.

Biri müdafiəçi, digəri hücumçu. Maraqlıdır, bu cür qarşılaşmalarda onların arasında prinsipiallıq olur, yoxsa sıradan matç kimi yanaşırlar?

Xvalkonu dinləyək:

“Yox-yox, hansısa prinsipiallıqdan söhbət gedə bilməz. Bəli, həmyerlimdir, onunla görşüb danışmaq xoşdur.

Məğlubiyyətin adı məğlubiyyətdir. Rəqib Boqomolskinin komandasıdır, yaxud başqası - fərq etmir.

Yeqorla Belarusdan tanışıq. Düzdür, orada sadəcə, tanış idik.

Azərbaycana gələndən sonra daha çox danışmağa başlamışıq. Münasibətlərimiz çox-çox yaxın olmasa da, normaldır”.

Digər Xəbərlər
Xəbər Lenti