Albaniyalı Redon Mihanna və braziliyalı Viktor Braqanı göndərən "Kəpəz"in Karim Lkoça ilə yollarını ayırması barədə iddialar yayılıb.
Sosial şəbəkələrdə tirajlanan xəbərlərə görə, Gəncə klubu mərakeşli hücumçunun müqaviləsinə xitam verib.
Bildirilir ki, "sarı-göylər" 24 yaşlı legioneri müəyyən təzminat qarşılığında düşərgədən göndərib. Lakin klubdan bu məlumatı təsdiq etməyiblər.
Redaksiyamıza bildirilib ki, adıçəkilən əcnəbi 2025-cü ilə "Kəpəz"də başlayacaq. Çünki baş məşqçi Azər Bağırov ondan üz çevirməyib və adını "qara siyahı"ya daxil etməyib.
O, cari mövsümün əvvəlində “Kəpəz”lə 1 illik müqavilə imzalayıb. Karim buna qədər “Ximnastik”, “Jirona”, “Terrassa”, “Santa-Koloma” komandalarında oynamışdı.
SPORTİNFO.AZ