"Kəpəz" Redon Mihana ilə nəhayət dil tapa bilib.
Baş məşqçi Azər Bağırov təyinatından qısa sürə sonra albaniyalı yarımmüdafiəçini əsas komandadan kənarlaşdırmışdı.
25 yaşlı futbolçu arxada qalan müddətdə klubun müqaviləyə xitam vermək təklifini rədd edirdi.
Uzun çək-çevirdən sonra əcnəbi oyunçu getmək qərarı verib.
Ötən yay Qərb təmsilçisinə transfer olunan Redon arxada qalan müddətdə cəmi 4 matçda iştirak edib.
XANOĞLAN/ SPORTİNFO.AZ