COP29

AYRILIR? – Baş məşqçinin paylaşımının arxasında YATAN SƏBƏB

11:20 Kəpəz 730
AYRILIR? – Baş məşqçinin paylaşımının arxasında YATAN SƏBƏB

Premyer Liqanın son turunda "Sumqayıt"la 0:0 hesablı heç-heçəyə razılaşan "Kəpəz"in baş məşqçisi Azər Bağırov sosial şəbəkə hesabında müəmmalı paylaşımla gündəmi dəyişib.

Paylaşımı oxuyanlar onu vida sözləri kimi qəbul ediblər.

Sportinfo.az xəbər verir ki, oxu.az-a danışan Azər Bağırov oyundan sonra əsəblərin gərgin olması səbəbindən azarkeşlərlə üzləşə bilmədiyi üçün belə bir addım atdığını bildirib.

"Mənim "Kəpəz"dən ayrılmaq kimi bir düşüncəm yoxdur. Əlimizdən gələnin ən yaxşısını edib komandanı bu vəziyyətdən çıxaracağıq.

Qaldı ki sosial media hesabından etdiyim paylaşıma, bu, sadəcə, səmimi olaraq azarkeşlərə təşəkkür etmək istəyimdən qaynaqlanır.

Oyun başa çatdıqdan sonra əsəblər gərgin olur. İstər bizim, istərsə də azarkeşlərin dedikləri münaqişə yaranmasına səbəb ola bilər.

Görüş bitdikdən sonra onların yanına gedə bilmədiyim üçün sosial media hesabımdan onlara təşəkkür etmək istədim.

Təbii ki, təşəkkürüm əsl "Kəpəz" azarkeşlərinə idi, aranı qarışdırmaq istəyənlərə yox", - deyə A.Bağırov bildirib.

"Kəpəz" Azər Bağırovun başçılığı altında 14 oyunda beş qələbə qazanıb, iki dəfə isə heç-heçə edib. Komanda yeddi matçda məğlubiyyətlə barışıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"