Premyer Liqada qış tətilinə çıxan «Kəpəz»də ilk ayrılıq gerçəkləşib.
Elitada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi öz yetirməsi ilə vidalaşıb.
Tural Rzayev daha Azər Bağırovun gələcək planlarına daxil deyil.
Baş məşqçi əsas heyətə düşməyən yarımmüdafiəçi ilə müqavilənin pozulmasını istəyib.
«Təmizləmə əməliyyatı» burada bitməyəcək. Ardı daha 2-3 nəfərlə gələcək.
SPORTİNFO.AZ