Qış fasiləsinə 9-cu pillədə yollanan "Kəpəz"də vacib görüş keçirilib.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə baş məşqçi Azər Bağırov dünən bir araya gəlib.
Tərəflər gələcəklə bağlı fikir mübadiləsi aparıb.
Fasilədə komandanın güclənməsinin zəruri olması qeyd olunub.
Rəhbər şəxs arxada qalan müddətdə Bağırovun gördüyü işdən razılığını dilə gətirib.
Onunla qarşıya qoyulan hədəfə çatacaqlarına inamını ifadə edib.
Çalışdırıcının iradları ilə razılaşıb və lazım olan addımların atılması üçün əlindən gələni edəcəyini bildirib.
XANOĞLAN/ SPORTİNFO.AZ