COP29

Tovuzda sabiq kapitanа münasibət - Biganə qalmadılar

31 Dekabr 2024 22:55 Kəpəz 886
Tovuzda sabiq kapitanа münasibət - Biganə qalmadılar

Premyer Liqanın 18-ci turu "Kəpəz" - "Sumqayıt" matçı il start götürdü.

Bərabərliklə bitən qarşılaşma həm də Vurğun Hüseynov ilk dəfə məşqçi kimi doğma rayona səfəri ilə yadda qaldı.

Vaqif Cavadovun məşqçilər korpusunda yer alan veteran müdafiəçini Qərb təmsilçisinin tərəfdarları unutmadı.

Belə ki, matçın startından bir qədər sonra gəncəli fanatlar onun adını səsləməklə öz ehtiramlarını bildirmiş oldular.

Hüseynov da ehtiyat skamiyadan ayağa qalxaraq onları alqışlayaraq təşəkkür borcunu yerinə yetirdi.

Xatırladaq ki, milli komandamızın sabiq üzvünün futbolçu kimi son klubu "Kəpəz" olub.

O, kapitanı olduğu bölgə klubundan mövsüm əvvəli karyerasını başa vuraraq ayrılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!