«Kəpəz» qış fasiləsində Azərbaycanı tərk etməyəcək.
«Sarı-göylər» mövsümün ikinci yarısına ölkə daxilində hazırlaşacaq.
Azər Bağırovun çalışdırdığı komanda təlim-məşq toplanışına Gəncədə start verəcək.
Yanvarın 4-də doğma şəhərdə bir araya gələcək kollektiv daha sonra Bakıya üz tutacaq.
«Kəpəz» yanvarın 9-da Suraxanıda «Qarabağ»la yoxlama matçına çıxacaq. Bu, artıq dəqiqdir. İkinci sparrinq axtarışı isə hələ davam edir.
SPORTİNFO.AZ