«Kəpəz» və «Sabah» arasında anlaşma əldə olunub.
«Bayquşlar» Şakir Seyidovu qarşı tərəfin sərəncamına verməyə razılaşıb.
24 yaşlı yarımmüdafiəçi yanvardan etibarən Gəncə təmsilçisinin formasını geyinəcək.
Bu keçid icarə əsasında gerçəkləşəcək. O, ən azı 2025-ci ilin iyununadək «sarı-göylər»in şərəfini qoruyacaq.
Seyidov ötən mövsüm də «Kəpəz»in uğurları üçün tər töküb. Azər Məmmədovun təklifini ilə Nizami yurdunun yolunun tutan vinger bu ilin yayında yenidən «Sabah»a dönüb.
Burada isə oyun praktikası qazanmağa çətinlik çəkir. Krunoslav Renduliçin dönəmində əsas heyətə düşə bilməyən Şakir Vasili Berezutskinin də ona etimad göstərməyəcəyinin fərqinə varıb.
SPORTİNFO.AZ