"Kəpəz" Azərbaycan Kubokunun 1/8 mərhələsində "İmişli"ni 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra fikirlərini bildirib:
"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu.
Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik.
Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik.
Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".