COP29

Bölgə təmsilçisinin bombardiri nədən əziyyət çəkir?

4 Dekabr 21:00 Kəpəz 300
Bölgə təmsilçisinin bombardiri nədən əziyyət çəkir?

“Şamaxı”nın işləri qaydasında getmir.

Çempionata 6 oyundan əldə etdiyi 11 xalla başlayan bölgə təmsilçisi Premyer Liqada keçirdiyi son 8 oyunda 2 xal qazanıb.

Əslində, komanda pis oynamır. Hücumlar qurur, təhlükəli vəziyyətlər yaxalayır. Lakin qol epizodları boşa verilir.

Şamaxılıların ən sərrast futbolçusu Leroy Mikels çox çalışsa da, komanda yoldaşları ilə anlaşma baxımından çətinlik yaşayır. Sanki 4-5 aydır kollektivlə birgə top dalınca qaçan o deyil.

Almaniyalı vinger Sportinfo.az-a açıqlamasında məhsuldarlıq göstərə bilməməsinin səbəbini deyib:

“Dediyinizlə tam razıyam. Xətlərarası əlaqədə müəyyən problem var.

Ötürmə səhvləri olur, top lazım olan yerə çatdırılmır. Bunu deməklə kimisə günahlandırmaq istəmirəm.

Çünki komanda olaraq çox çalışırıq, sadəcə, niyəsə alınmır. Çox sayda hücumlar qururuq, lakin sonluq yoxdur.

Problemin həlli yolu məşqlərdə daha çox çalışmaqdır. Yalnız bu üsulla nəsə əldə edə bilərik”.

29 yaşlı futbolçu “Şamaxı”nın heyətində Premyer Liqada keçirdiyi 12 oyunda 3 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər