«Kəpəz» Premyer Liqanın 15-ci turunu qələbə ilə başa vurdu.
«Sarı-göylər» Şamaxı səfərindən 3 xalla döndü.
Luis Paçunun 69-cu dəqiqədə vurduğu yeganə qol Gəncə təmsilçisini 10-cu pillədən yuxarı qaldırdı. Braziliyalı hücumçunun sayəsində cari mövsümdə ilk dəfə 9-cu sıraya yüksəldilər.
Ötən mövsümü «Turan Tovuz»da keçirmiş «sambaçı» bununla yeni komandasında qol hesabını açdı.
Maraqlıdır ki, cənubi amerikalı legioner qarşılaşmadan sonra üzr istəyib. O, 60-cı dəqiqədə qaçırdığı penalti epizoduna görə baş məşqçi Azər Bağırov və yoldaşlarına dil-ağız edib:
«Bağışlayın, üzr istəyirəm! Penaltini dəqiq yerinə yetirə bilmədim, komandanı həyacanlandırdım.
Həmin anda özüm də çox pis oldum. Bir daha belə səhv etməyəcəm».
SPORTİNFO.AZ