“Felipe bacarıqlı futbolçudur, bunu danmaq olmaz”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviç deyib.
Hazırda “Araz-Naxçıvan”ın ən məhsuldar futbolçusu aktivinə 6 qol yazdıran Felipe Santosdur.
Vaxtilə “Keşlə”ylə “Qəbələ”nin formasını geyinmiş braziliyalı yarımmüdafiəçi topla daha çox təmin olunur, penaltilər zamanı “nöqtə”yə özü yaxınlaşır.
Olmaya Kuzmanoviçin kölgədə qalmasının səbəbi Santosun daha çox diqqət mərkəzində olması, ötürmələrin ona verilməsidir?:
Balkanlı vinferi dinləyək:
“Dediyiniz məsələ ilə razılaşmıram. Biz komanda şəklində güclüyük. Burada 1-2 nəfər heç nə edə bilməz.
Qapıçıdan tutmuş hücumçuya kimi hamı əziyyət çəkir, hamı meydanda can qoyur. Sadəcə, Santosda qol vurmaq daha yaxşı alınır”.