“Burada çox xoşbəxtəm”.
“Kəpəz”in qapıçısı Rojerio Santos Sportinfo.az-a açıqlamasında belə deyib,
Bu ilin yayında Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayan portuqaliyalı kiper Azərbaycanda özünü yaxşı hiss etdiyini söyləyib:
“Bilirəm, digər klubların pulu bizdən çoxdur, şəraiti daha yaxşıdır. Ancaq mənim üçün önəmli olan komandanın daxilindəki ab-hava və mehribanlıqdır.
O qədər klublar var ki, pulları çoxdur, amma futbolçular xoşbəxt deyil. Bəlkə də zamanla hər şey düşündüyümüzdən də yaxşı olacaq”.