"Kəpəz"in belaruslu müdafiəçisi Yeqor Xvalko Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 13-cü turunda "Sabah"la bərabərə bitən qarşılaşma haqda nə deyə bilərsən?
- Hər şey planlaşdırıldığı kimi alındı. Məncə, müsbət nəticə olduğunu demək olar. Komanda xarakter nümayiş etdirdi. Və nəticədə son dəqiqədə qol vurduq.
- Erkən qolla hesabı xeyrinizə dəyişə bildiniz. Amma üstünlüyü son qədər saxlamağınıza nə mane oldu?
- Düşünürəm ki, erkən qol vurduğumuza görə də topu rəqibə verdik. Meydanda yaranmış vəziyyətə uyğun oynadıq. Bu da normaldı.
- Nəticələr hər ötən tur yaxşılaşır. "Kəpəz"in özünə qayıtdığını deyə bilərikmi?
- Bəli, nəticələr yaxşılaşıb. Amma qarşıda çox iş var. Turnir cədvəlində yüksəlmək üçün hər oyunda xal qazanmağa çalışmalıyıq.
- Qısa müddətdə yeni baş məşqçi Azər Bağırov komandada nəyi dəyişdi?
- Onun gəlişi ilə komandanı təkminləşdirən 7 futbolçu da bizə qoşuldu. Hər məşqçi gələndə dəyişiklik gətirir. Bu insanların komandada meydana çıxması onun əməyidir.
XANOĞLAN İMANOV